Prezident Bərdə, Yevlax, Zərdab rayonlarına səfər edib
Prezidenti İlham Əliyev Zərdab rayonuna səfər edib.
APA-nın xəbərinə görə, prezident ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev prezidentə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Prezident daha sonra Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Məlumat verilib ki, mərkəzinin inşasına 2010-cu ildə başlanılıb. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur.
Burada akt zalı, respublika və rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı var.
Prezident daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Ölkə başçısı rayona səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında da iştirak edib.
Prezident Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə də tanış olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Küllülü su mənbəyinin texniki göstəriciləri barədə məlumat verib. Onun sözlərinə görə, kəmərin tikinti işlərinə cari ilin avqustunda başlanılıb. Kəmərin istifadəyə verilməsi ilə 157 min nəfərin su problemi həll olunacaq.
Prezident daha sonra Zərdab rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra dövlət başçısı Heydər Əliyev parkındakı “Veteranlar evi”ndə yaradılan şəraitlə tanış olub.
***
Prezident İlham Əliyev Yevlax rayonuna səfər edib.
APA-nın xəbərinə görə, prezident ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov prezidentə son zamanlarda şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Prezident Yevlax şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.
Məlumat verilib ki, bu mərkəz Heydər Əliyev Fondunun “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihəsi çərçivəsində inşa olunub. Layihə 2006-cı ildə BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında imzalanan saziş çərçivəsində həyata keçirilir.
Yeni yaradılmış mərkəzdə məhdud fiziki imkanlı insanların İKT vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Prezident Daha sonra Yevlaxdakı Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Dövlət başçısı Kür çayının sahilində salınmış “Bulvar” istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə də tanış olub.
İstirahər mərkəzi ilə tanışlıqdan sonra prezident burada Yevlax şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısı Yevlax şəhər avtovağzal kompleksinin də açılışında iştirak edib.
***
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdə rayonuna səfər edib.
APA-nın xəbərinə görə, prezident rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülmüş işlər barədə məlumat verib.
Prezident Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak edib. Daha sonra ölkə başçısı rayondakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Prezident Bərdədə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə, həmçinin rayondakı Nüşabə parkında yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısı burda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sakinlər göstərdiyi diqqət və qayğıya görə prezidentə minnətdarlıqlarını bildiriblər.
Prezident daha sonra Bərdədə çörək istehsalı müəssisəsinin açılışında iştirak edib.

4041