MDB üzvləri sənaye təhlükəsizliyini müzakirə edəcək
0
0
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, oktyabrın 10-11-də Yaltada (Ukraynanın Krım Muxtar Respublikası) Birliyin Dövlətlərarası Sənaye Təhlükəsizliyi Şurasının iclası keçiriləcək.
İclasın iştirakçıları 2012-ci ildə gördükləri işə ilkin yekun vuracaq, 2014-cü ilədək olan dövr üçün Təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsinə dair əsas Tədbirlər Planının yerinə yetirilməsi gedişini təhlil və Sazişin iştirakçısı olan dövlətlərin qanunvericiliyində dəyişikliklər haqqında informasiya mübadiləsi edəcəklər.
Şuranın üzvləri təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, habelə təhlükəli istehsal obyektlərində texniki qurğuların tətbiqinə icazələrin verilməsi üzrə milli prosedurların uyğunlaşdırılması konsepsiyası layihəsinin hazırlanmasının gedişindən danışacaqlar.
Qurumun əvvəlki qərarlarının həyata keçirilməsi məsələsi, onun işçi qruplarının fəaliyyəti müzakirə olunacaq, 2013-cü il üçün iş planı müəyyənləşdiriləcək. Dövlətlərarası Sənaye Təhlükəsizliyi Şurası təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında MDB Hökumət Başçıları Şurası tərəfindən qəbul edilmiş sazişə uyğun olaraq 2001-ci il sentyabrın 28-də yaradılıb.
Şuranın işində Təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin olunması sahəsində sazişi imzalamamış Türkmənistan və Özbəkistan Respublikası istisna olmaqla Birliyin iştirakçısı olan bütün dövlətlər iştirak edirlər.