VHP-dən “hicab” aksiyasından şübhələnib
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası Təhsil Nazirliyinin qarşısında bir qrup dindarın keçirdiyi aksiya ilə bağlı bəyanat qəbul edib.
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyada yaşanan qarşılıqlı zorakılıq faktları dərin təəssüf hissi doğurur.
VHP bəyan edir ki, hər bir vətəndaşın Konstitusiyanın ona verdiyi hüquqdan bəhrələnərək, öz fikrini sərbəst şəkildə ifadə etmək haqqı və insanların sərbəst toplaşma azadlığı var və Azərbaycan hakimiyyəti qanunun aliliyinə sayğı göstərməli, sərbəst toplaşma azadlığını təmin etməlidir: “Ancaq dindarların xüsusi aqressivlik nümayiş etdirməsi və qanunun tələblərinə qarşı çıxması da birmənalı qarşılana bilməz. Hər şeydən öncə ona görə ki, “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyanı hicab geyinmə haqqının tapdandığını düşünən orta məktəb şagirdləri deyil, onların valideynləri həyata keçirdilər. Bu faktın özü də insan hüquq və azadlıqları ilə bir araya sığmır. Digər tərəfdən, orta məktəb şagirdlərinin baş örtüyü uğrunda ölümə getməyə hazır olduqlarını və bununla müsəlman ənənəsini yaşatma istəklərini göstərməyə çalışan dindarların səmimiliyi də şübhə doğurmaya bilmir. İslam ehkamları müsəlmanın din və əxlaq, torpaq və vətən, müsəlmanın tapdanan heysiyyəti naminə ölümə getməsini buyurursa, bəs, niyə dindarlarımız Qarabağda təhqir olunan müsəlman ana-bacılarımız, torpağımız və əxlaqımız uğrunda analoji aksiya keçirmirlər? Kiçik yaşlı uşaqlara öz dindaşlarından aqressivliklə baş örtüyü tələb edən dindarlar Qarabağda bu millətin baş örtüyünün təhqir edən din və millət düşmənlərinə qarşı niyə adekvat reaksiya göstərmirlər? Bütün bu və ya digər suallar aksiyanın təşkilində “xarici qüvvə”, xüsusilə İran kəşfiyyatının rolunu istisna etmir. Nəzərə alsaq ki, bu tip aksiyası beynəlxalq qurumlarda qınanır, islamofobiyanı gücləndirir və belə nümayişlərdə iştirak edənlərə qarşı sərt tədbirlərin görülməsini sivil qurumların hamısı birmənalı olaraq dəstəkləyir, onda dindarların bu aksiyasını həm də Azərbaycan demokratiyasına və dövlətçiliyinə vurulan zərbə hesab etməyə məcburuq”.
Bəyanatda vurğulanır ki, dindarların növbəti, amma demokratiya naminə keçirmək istəyəcəkləri aksiyaların da “dini ekstremizm” kimi qəbul edilməsi ehtimalı yarana və Azərbaycan cəmiyyəti haqqında beynəlxalq qurumlarda yanlış rəy formalaşa bilər: “Bununla bərabər, hesab edirik ki, zorakılıq faktları ölkənin gələcək taleyinə pis nümunə olar və vətəndaş qarşıdurmasına gətirib çıxarar. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası dindarları dövlətçiliyimizə zərbə vurmağa çalışan xüsusi qüvvələrin əlində, bilərəkdən və ya bilməyərəkdən, alət olmamağa, aksiyalar zamanı aqressivlikdən çəkinməyə, Azərbaycan hakimiyyətini isə vətəndaş sülhü, milli birlik, həmrəylik nümayiş etdirərək, həbs olunanları qısa müddətdə azadlığa buraxmağa, inzibati təzyiq üsullarından istifadə etməməyə, maarifləndirmə siyasəti yürütməyə çağırır”.

2140