Türkiyə XİN: “Xankəndidə aeroportun istifadəyə verilməsi təxribatdır”
06 oktyabr 2012 10:18 (UTC +04:00)

Türkiyə XİN: “Xankəndidə aeroportun istifadəyə verilməsi təxribatdır”

0
Türkiyə Xarici İşlər Nazirliyi 1992-ci ildən bəri Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın inzibati mərkəzində yerləşən Xankəndi aeroportunun sentyabrın 28-dən etibarən istifadəyə verilməsi və bu hava limanında sınaq uçuşlarının keçirilməsi xəbərlərini təxribat kimi dəyərləndirib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Türkiyə XİN-in bəyanatında bildirilir ki, bu addımın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesinə zərbə vuracaq bir təxribat olduğu açıq şəkildə görünür. Bu cür təhrikedici hərəkətlərin Qafqazda sülh, sabitlik və rifahın təmin edilməsinə zidd olduğu aşkardır. Türkiyə bu anlayışla Ermənistanı ağıl və məntiqə, habelə regionun təhlükəsizliyinə zərər verəcək davranışlardan çəkinməyə dəvət edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 756

Oxşar yazılar