AŞPA sədrinin ümidi gənclərədir
05 oktyabr 2012 20:12 (UTC +04:00)

AŞPA sədrinin ümidi gənclərədir

APA-nın Strasburq müxbirinin xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının sədri Jan-Klod Minyon Strasburqda işinə başlamış Demokratiya Uğrunda Beynəlxalq Forum çərçivəsində gənclər assambleyasının sessiyasını açarkən çıxışında deyib.

O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox mürəkkəb bir məsələdir: “Ancaq biz bu oturduğunuz assambleyada hər iki ölkə - Azərbaycan və Ermənistandan olan deputatları, siyasətçiləri bir araya gətirməyə və onlar arasında dialoqun aparılmasına çalışırıq. Burada indi Azərbaycan və Ermənistandan da gənclər iştirak edir.

Bu münaqişənin həllində siz də gənc liderlər olaraq öz töhfənizi verməlisiniz və ümid edirəm ki, gələcəkdə böyük siyasətə gəldikdə, siz, yeni nəslin gəncləri, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Bu ağır məsələnin həllində bizim sizin də köməyinizə ehtiyacımız var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar