Elmar Məmmədyarov Küveyt Xəbərlər Agentliyinin baş direktorunu qəbul edib
05 oktyabr 2012 18:37 (UTC +04:00)

Elmar Məmmədyarov Küveyt Xəbərlər Agentliyinin baş direktorunu qəbul edib

0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Xəbərlər Agentliyinin baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək Əl-Dueyc Əl-İbrahim Əl-Sabahı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib.

Xarici işlər naziri müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən iki ölkənin media qurumları arasında əməkdaşlığın yaradılmasını əhəmiyyətli sayıb. Küveyt Xəbərlər Agentliyinin baş direktoru isə səfər çərçivəsində II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini bildirib. O, Forumun yüksək səviyyədə təşkil edildiyini, aktual humanitar məsələlərin müzakirəsi və dialoq mühitinin formalaşdırılması üçün müstəsna əhəmiyyəti olduğunu qeyd edib.

Görüş zamanı müasir dövrdə kütləvi informasiya vasitələrinin rolu ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar