Xorvatiyanın eks-prezidenti Müdafiə Nazirliyində olub
05 oktyabr 2012 16:43 (UTC +04:00)

Xorvatiyanın eks-prezidenti Müdafiə Nazirliyində olub

0
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç oktyabrın 5-də Azərbaycanın Müdafiə Nazirliyində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Səfər Əbiyevlə görüş zamanı ölkələr arasında müxtəlif sahələr üzrə həyata keçirilən geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. General-polkovnik Səfər Əbiyev hörmətli qonağı Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış gərgin hərbi vəziyyətlə tanış edib.

Görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar