İSESKO-nun baş direktoru Azərbaycana təşəkkür etdi
0
0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və İSESKO arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu və dövlətimizin təşkilatla münasibətlərə önəm verdiyini söyləyib.
İSESKO-nun baş direktoru Azərbaycana səfərindən məmnunluğunu diqqətə çatdırıb. II Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etdiyini bildirən Əbdüləziz bin Osman əl-Tüveycri Forumun mədəniyyətlərarası dialoq və qlobal humanitar məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti olduğunu qeyd edib. O, Azərbaycanın mədəniyyətlər arasında dialoqun aparılması üçün uğurlu ölkə olduğunu vurğulayıb və ölkəmizin bu istiqamətdə göstərdiyi fəaliyyətə görə öz təşəkkürünü bildirib.
Görüşdə gələn il Bakı şəhərində Azərbaycan hökuməti, BMT və İSESKO-nun birgə təşkilatçılığı ilə terrorçuluğa qarşı mübarizəyə həsr olunacaq beynəlxalq konfrans ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.