Macarlar Azərbaycana gəlir
0
0
Macarıstan Azərbaycanla turizm əlaqələrini genişləndirmək niyyətindədir. Lent.az-ın məlumatına görə, bu sahədə imkanları araşdırmaq, respublikamızın turizm obyektləri ilə tanış olmaq və qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədi ilə Macarıstanın aparıcı turist şirkətlərinin nümayəndələrindən, habelə turizm mövzusunda yazan jurnalistlərdən ibarət 15 nəfərlik qrup oktyabrın 6-dan 10-na qədər ölkəmizdə olacaq. Yola düşməmişdən əvvəl Budapeştdəki Azərbaycan səfirliyinə gələn jurnalistlər və turist şirkətlərinin rəhbərləri bu səfərin onlar üçün yalnız ölkəmizin turizm imkanlarını araşdırmaq deyil, həm də Azərbaycan həqiqətlərini öyrənmək və yaymaq baxımından əhəmiyyətli olacağını bildiriblər.
Səfər müddətində macar qonaqlar Mədəniyyət və Turizm Nazirliyində, habelə bir sıra turist şirkətlərində görüşlər keçirəcək, Bakının görməli yerlərini, Quba rayonundakı Xınalıq kəndini və Qırmızı qəsəbəni, İsmayıllı rayonundakı Lahıc kəndini ziyarət edəcəklər.