Gənc liderlər İstanbula toplaşır
05 oktyabr 2012 13:23 (UTC +04:00)

Gənc liderlər İstanbula toplaşır

0
Oktyabrın 14, 15, 16 tarixlərində Türkiyənin İstanbul şəhərində TÜRKPA-nın təşkilatçılığı ilə “Gənc liderlərin dövlətlərarası siyasətdə rolu” mövzusunda beynəlxalq forum keçiriləcək. Lent.az-ın məlumatına görə, Forumda Azərbaycanı hökumət üzvlərindən, dövlət rəsmilərindən və millət vəkillərindən ibarət nümayəndə heyəti təmsil edəcək. Bu barədə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının sədri, Milli Məclisin üzvü Fuad Muradov bildirib.

O qeyd edib ki, Azərbaycanı hökumət adından gənclər və idman naziri Azad Rəhimov, eyni zamanda Prezident Administrasiyasının şöbə müdirləri təmsil edəcək. Onun sözlərinə görə, forumun məqsədi gənc liderlərin formalaşması, onların qərar qəbul etmək bacarıqları və s. məsələlərin müzakirəsidir: “Hazırda dünyada qlobal səviyyədə gənc liderlərin yetişməsində problemlər var və bu, bütün proseslərdə özünü göstərir. Bütün bunlar Azərbaycanın da iştirakı ilə İstanbulda baş tutacaq forumda müzakirə olunacaq”.

F.Muradov deyib ki, bu ilk forumdur və növbəti belə bir forum Azərbaycanda da keçirilə bilər.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar