Mövlud Çavuşoğlu: “Norveç, Almaniya terror olaylarının meydanına çevrilir”
0
0
Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Mövlud Çavuşoğlu dünyada dini tolerantlılığın çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Lent.az-ın verdiyi məlumata görə, bu gün Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda dəyirmi masada çıxış edən Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Mövlud Çavuşoğlu Avropada baş verənlərin də narahatlıq doğurduğunu söyləyib.
O bildirib ki, Norveç, Almaniya terror olaylarının meydanına çevrilir: “Bəlkə bugünkü Forum bizə çıxış yolları tapmağa kömək edəcək”.
UNESKO-nun Daimi Nümayəndələri Klubunun üzvü (Honduras) Sonia Mendieta-de-Badaru mədəniyyətlərarası dialoqun inkişafını zəruri sayıb: “Müxtəlif sivilizasiyaların birgə mövcudluğuna şərait yaratmalıyıq. Dialoq ideyası gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir. Gördüyümüz işlər uzun perspektivli olmalı və bəşəriyyətin qorunub saxlanmasına yönəlməlidir. Yaxşı olardı ki, Forumun Bəyannaməsində bu müzakirələrin nəticələri də nəzərə alınsın”.
Ramiz