Dövlət Komitəsinin sədri: “Biz hər şeyi sıfırdan başlamalıyıq…”
0
0
Bu gün Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda Dəyirmi Masa keçirilir. Lent.az-ın verdiyi məlumata görə, Dəyirmi Masanın rəhbərləri Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati, Malayziya Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Ku Caffar Ku Şaari və Bakı Slavyan Universitetinin rektoru Kamal Abddulladır.
Kamal Abdulla tədbiri açıq elan edib və Dəyirmi Masanın gündəliyi barədə məlumat verib. Malayziya Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Ku Caffar Ku Şaari çıxışında deyib ki, Malayziya tolerantlıq məsələsinə xüsusi həssaslıqla yanaşır. O bildirib ki, Asiya regionun mədəni irsinin dünyada təbliğ edilməsi istiqamətində səylər göstərirlər.
Daha sonra “Dinlərarası dialoq problemi: dəyərlər və hüdudlar” adlı I bölmənin mediatorları İSESKO-nun baş direktoru Abdulaziz Osman əl-Tuveyeri, Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov və Cənubi Koreyanın Hankuk Xarici Araşdırmalar Universitetinin prezidenti Park Çul çıxış ediblər.
Cənubi Koreyanın Hankuk Xarici araşdırmalar Universitetinin Türkiyə-Azərbaycan üzrə Tədqiqatlar şöbəsinin professoru Çonq Jin Oh ölkələrində 100 min müsəlman yaşadığını nəzərə çatdırıb. Onun sözlərinə görə, Cənubi Koreya hökumətinin siyasəti müsəlmanların maraqlarına cavab vermir və buna səbəb də Koreyada müsəlmanlarla bağlı yetərincə məlumatların olmamasıdır: “QHT-lər bu sahədə aktiv olmalıdır. Yeri gəlmişkən, Cənubi Koreyada bəzi məktəblərdə şagirdlərə halal yeməklər verilir. QHT-lərin bu sahədə aktivliyi müsəlmanlara Koreyada diqqətin artmasına gətirib çıxarar”.
Dini Qurumlarla İş üzrə Komitəsinin sədri Elşad İsgəndərov bu gün tədbirin keçirildiyi İçərişəhərdə islam, xristian dinlərinə məxsus məscid və kilsələrin olduğunu söyləyib. O, Bakının rəmzi sayılan Qız qalasının isə zərdüştlüklə bağlı abidə olduğunu qeyd edib. Elşad İsgəndərov Bakıda yəhudi sinaqoqunun da fəaliyyət göstərdiyini vurğulayıb: “Biz hər şeyi sıfırdan başlamalıyıq. Bir-birimizdən soruşmalıyıq ki, aramızdakı fərqləri necə aradan qaldıra bilərik? Bu baxımdan dini tolerantlıq bu tədqiqat üçün başlanğıc olmalıdır. Bununla belə, məsələyə səhlənkar yanaşma fərqləri dərinləşdirə bilər. Kimlərsə çalışır ki, başqalarının mövcudluğunu inkar etsin, tolerant yanaşmasın. Bu insanlar dinlərini yaxşı bilmədikləri üçün belə düşünürlər. Əgər insanlar özlərini dialoqa girməyə hazır sayırlarsa, dialoq başlayır. Fərdlər arasında dialoqa qoşulma mexanizmi olmasa, ünsiyyətimiz baş tuta bilməz”.
Azərbaycanın dini tolerantlıq baxımından unikal ölkə olduğunu vurğulayan Elşad İsgəndərov deyib ki, bu baxımdan Avropa da Azərbaycandan çox şey öyrənə bilər: “Azərbaycanda zərdüştlük, xristian dinləri olub. Xristianlıq Qafqaz Albaniyasında ilk din olub. Azərbaycanda yəhudi icmalarının da yaşadığını qeyd etmək lazımdır”.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanın şimal rayonlarında olan iki sinaqoq bərpa edilib: “Bu sinaqoqlara gələn insanların sayı da çoxalır. Bu, dərin qarşılıqlı anlaşmadan xəbər verir. Sinaqoqların bərpa edilməsi yaxşı haldır. Bu kimi addımlarla biz mürəkkəb dünyada dini tolerantlığı genişləndirə bilərik” .
Dəyirmi Masa çıxışlarla davam edir.
Ramiz