Komitə sədri: “İşğal olunmuş ərazilərdə abidələrin dağıdılmasına dair hesabat hazırlanır”
05 oktyabr 2012 11:17 (UTC +04:00)

Komitə sədri: “İşğal olunmuş ərazilərdə abidələrin dağıdılmasına dair hesabat hazırlanır”

0
Lent.az-ın verdiyi məlumata görə, bunu Bakıdakı erməni kilsəsinin qorunması ilə bağlı suala cavab verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov söyləyib. Elşad İsgəndərov deyib ki, Ermənistanda bundan fərqli olaraq, Azərbaycan xalqına məxsus tarixi və islami abidələr dağıdılır: “Dövlət Komitəsi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində islam abidələrinin dağıdılması ilə bağlı hesabat hazırlayır və yaxın vaxtlarda beynəlxalq ictimaiyyətə təqdim ediləcək”.


Elşad İsgəndərov ermənilərin Qarabağla bağlı iddialarının əsassız olduğunu sübut edən bir məqama da toxunub: “Eçmiədzin kilsəsinin ilk sənədlərində Dağlıq Qarabağda şöbəsinin olduğu əksini tapmayıb. Yalnız 19-cu əsrin ortalarında Qarabağdakı alban kilsəsi xüsusi göstərişlə ermənilərin ixtiyarına verilib. Ermənilər alban kilsələrindəki arxivi vəhşicəsinə məhv ediblər. Ancaq tarixi silmək olmaz. Bir müddət əvvəl Misirdə alban kilsələri ilə bağlı yazılı sənəd tapılıb. Biz bu faktları da beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1145

Oxşar yazılar