Azərbaycan prezidenti Valdis Zatlers və Dora Bakoyannis ilə görüşüb
04 oktyabr 2012 16:10 (UTC +04:00)

Azərbaycan prezidenti Valdis Zatlers və Dora Bakoyannis ilə görüşüb

0
Prezidenti İlham Əliyev oktyabrın 4-də Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers ilə görüşüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumta görə, görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun humanitar əməkdaşlığın möhkəmləndirilməsi işində rolu qeyd edilib, bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb. Prezident İlham Əliyev və Valdis Zatlers Azərbaycan-Latviya münasibətlərinin müxtəlif sahələrdə inkişafından razılıq ifadə ediblər.

Prezident İlham Əliyev bu gün həmçinin Yunanıstan Respublikasının sabiq xarici işlər naziri Dora Bakoyannis ilə görüşüb. Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, onun ölkələr və xalqlar arasında humanitar əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Görüşdə, həmçinin Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 723

Oxşar yazılar