Ermənistan “Dağlıq Qarabağ Respublikası”nı tanımadı
04 oktyabr 2012 15:59 (UTC +04:00)

Ermənistan “Dağlıq Qarabağ Respublikası”nı tanımadı

Ermənistan hökuməti indiki mərhələdə Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyinin tanınmasına dair təqdim olunmuş qanun layihəsinin müzakirəsi və qəbulunu məqsədyönlü saymır.

APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu fikirlər Ermənistan hökumətinin parlamentə təqdim olunmuş qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb. Bununla da Ermənistan hökuməti “İrs” fraksiyasının üzvü, millət vəkili Zarui Postandjyanın təqdim etdiyi “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsini rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3145

Oxşar yazılar