Ukraynalı siyasi icmalçı: “Çox təəssüf ki, bu, bugünkü dünyada belə deyil...”
04 oktyabr 2012 15:14 (UTC +04:00)

Ukraynalı siyasi icmalçı: “Çox təəssüf ki, bu, bugünkü dünyada belə deyil...”

0
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Bakıda “XXI əsr: Ümidlər və təhdidlər” mövzusunda beynəlxalq humanitar forumun əhəmiyyəti ilə bağlı sualları cavablandıran Ukraynalı siyasi icmalçı Yuri Rakhel söyləyib. Yuri Rakhel deyib ki, hərbi-diplomatik qarşıdurmalar fonunda humanitar məsələlər birinci planda dayanmalıdır: “Bunu bu gün Azərbaycan dövlət başçısı İlham Əliyev də forumda bəyan etdi. Belə tədbirlər bu cür problemlərin həllinə müsbət təsir göstərə bilər. Siyasi rəhbərlər birinci növbədə humanitar məsələlərlə məşğul olsa, onda dünyada daha az qan tökülər, belə konfliktlərin və qarşıdurmaların sayı az olar. Çox təəssüf ki, bu, bugünkü dünyada belə deyil. Düşünürəm ki, Bakıda keçirilən bu forum bu münaqişələrin həllində rol oynayacaq və problemlərin həllinə təsir göstərəcək”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1379

Oxşar yazılar