Səməd Seyidovla Arutunyanın ikinci görüşü
03 oktyabr 2012 23:29 (UTC +04:00)

Səməd Seyidovla Arutunyanın ikinci görüşü

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyəti rəhbərlərinin ikinci görüşü olub.

APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, görüş AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə baş tutub.

Görüşdə Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidovla David Arutunyan, həmçinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, ispaniyalı millət vəkili Yordi Chukla i Kosta da iştirak edib.

Tərəflər və AŞ PA katibliyi görüşün məzmunu barədə mətbuata məlumat verməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1141

Oxşar yazılar