Gülər Əhmədovanın deputat mandatı ləğv edildi
03 oktyabr 2012 16:17 (UTC +04:00)

Gülər Əhmədovanın deputat mandatı ləğv edildi

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 9 iyul 2012-ci il tarixli protokolu təsdiqlənib.

Gündəlikdəki növbəti məsələ 34 saylı Xətai II Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsidir.

Məsələ barədə MSK üzvü Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılıb, nəticədə G. Əhmədovanın deputat mandatı ləğv edilib.

Qeyd edək ki, G. Əhmədova deputat mandatından imtina barədə özü MM-ə müraciət edib. MM isə müraciəti baxılmaq üçün MSK-ya göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3947

Oxşar yazılar