Azərbaycan prezidenti İSESCO-nun baş direktoru və İtaliyanın sabiq nazirini qəbul edib
03 oktyabr 2012 15:58 (UTC +04:00)

Azərbaycan prezidenti İSESCO-nun baş direktoru və İtaliyanın sabiq nazirini qəbul edib

0
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə İSESCO-nun 30 illiyinə həsr olunmuş emblemi dövlət başçısına təqdim edib. Azərbaycan prezidenti İlham Əliyev Əbdüləziz bin Osman əl-Tüveycrinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, Forumun artıq ənənəyə çevrildiyi məmnunluqla qeyd olunub. Görüşdə, həmçinin Azərbaycan ilə İSESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Ölkə başçısı bu gün həmçinin İtaliya Respublikasının keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib. Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub, Foruma marağın getdikcə daha da artdığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 601

Oxşar yazılar