“Moskva Qəbələ RLS-dən imtina edə bilər”
“Rusiya və Azərbaycan Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılmasına dair danışıqlarda ortaq məxrəcə gələ bilməyib, Rusiyanın stansiyanı Azərbaycanın irəli sürdüyü şərtlər əsasında icarəyə götürməkdən imtina etmək ehtimalı artır”.
APA-nın məlumatına görə, bu açıqlama “İnterfaks”a hərbi-diplomatik mənbədən verilib: “Rusiya tərəfinin əvvəlki maliyyə şərtləri ilə stansiyanı 2-3 il müddətinə icarəyə götürmək təklifi Bakını qane etmir. Heç bir saziş imzalanmayacağı və Rusiyanın stansiyanı icarəyə götürməkdən imtina edəcəyi ehtimalı böyükdür”.
Mənbə bildirib ki, belə olan təqdirdə cənubdan raket təhlükəsi ilə bağlı xəbərdarlıq sisteminin işə salınması funksiyasını Armavir radiolokasiya stansiyası tam şəkildə üzərinə götürməli olacaq.
Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib. Azərbaycan hazırda RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.
Rusiya ilə danışıqlar aparan Azərbaycan nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq edir. Heyətdə müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər şəxslər təmsil olunurlar.

1643