Elşad Abdullayev YAP-dan çıxarılıb
0
0
“Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında sıravi üzv olub və artıq onun məsələsi həll edilib”. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
Elşad Abdullaevin artıq Yeni Azərbaycan Partiyasının üzvü olmadığını qeyd edən Siyavuş Novruzov deyib ki, Elşad Abdullayev nə 2005, nə də 2010-cu ildə keçirilən parlament seçkilərində hakim partiyanın deputatlığa namizədi olmayıb: “Partiya parlament seçkiləri zamanı xəbərdarlıq etmişdi ki, partiyanın siyahısından kənar namizədliyini irəli sürənlər dəstəklənməyəcək. Namizədliyini irəli sürənlər dəstəklənmədi, bəziləri partiyadan çıxarıldı. Bəziləri də o vaxt çıxarılmadı. Bunun da müəyyən səbəbləri vardı”.
Ramiz