“Ramil Səfərovla bağlı qətnamə faktları təhrif edir” – MÜSAHİBƏ
Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib.
APA F.Ələsgərovla müsahibəsini təqdim edir.
- Bir neçə gün əvvəl Avropa Parlamenti Ramil Səfərovun təhvil verilməsi və azadlığa buraxılması məsələsi ilə əlaqədar qətnamə qəbul etdi. Bu qətnaməyə əsasən, Avropa Parlamenti Ramil Səfərovun əfv edilməsini onun yalnız 25 il cəza çəkdikdən sonra azadlığa buraxılacağına dair Macarıstan hakimiyyət orqanlarına verilmiş diplomatik vədlərin pozulması kimi dəyərləndirir. Bu zaman qətnamə ədliyyə nazirinin müavininin məktubuna əsaslanır, Macarıstan tərəfinə bu vədlərin həmin məktub vasitəsilə verildiyi bildirilir. Bu cür kifayət qədər ciddi ittihamı necə şərh edərdiniz?
- Hər şeydən əvvəl qeyd etməliyəm ki, qətnamədə qeyd olunan məktub Avropa Parlamentində səsvermə ərəfəsində yayılıb. Bu zaman Macarıstan tərəfinin sorğusu, hansı ki, bu məktub o sorğuya cavab idi, yayımlanmayıb, yəni, Azərbaycan tərəfinin cavabı sadəcə kontekstdən çıxarılıb. Bununla əlaqədar məhkum olunmuş şəxslərin təhvil verilməsinə dair Konvensiyanın bəzi tələblərinə aydınlıq gətirmək zəruridir, Azərbaycan və Macarıstan dövlət orqanları arasında yazışma, o cümlədən qeyd olunan məktub bu tələblərlə bağlıdır.
Konvensiyanın 9-cu maddəsinin birinci bəndinə əsasən, məhkum olunmuş şəxsin təhvil verildiyi dövlət cəzanın icrasını iki cür həyata keçirə bilər: xarici dövlətin məhkəməsinin təyin etdiyi cəzanın icrası davam etdirilə, yaxud bu cəza məhkəmə proseduru vasitəsilə dəyişdirilə bilər. Sadə dillə desək, xarici dövlətin məhkəməsinin müəyyənləşdirdiyi faktları və qərarda təyin olunmuş cəza növünü nəzərə almaqla yeni qərar çıxarıla bilər.
9-cu maddənin 2-ci bəndinə əsasən, məhkumun təhvil verildiyi dövlət cəzanı təyin etmiş xarici dövlətdən müvafiq sorğu daxil olarsa, qeyd olunan prosedurlardan hansını tətbiq edəcəyini xəbər verməlidir. Avropa Parlamentinin qətnaməsində qeyd olunan həmin məktub məhz belə bir sorğuya cavab olaraq göndərilib. Macarıstan tərəfi göndərdiyi sorğuda Ramil Səfərovun Azərbaycana təhvil veriləcəyi təqdirdə bu iki prosedurdan hansının tətbiq olunacağını xəbər vermək xahiş olunurdu. Sorğuda xahiş olunurdu ki, qərara yenidən baxılmasını nəzərdə tutan prosedurun tətbiqi halında ömürlük azadlıqdan məhrum edilmiş şəxsin vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmasına dair Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallar haqqında Macarıstan tərəfi məlumatlandırılsın. Bu onunla əlaqədar idi ki, Macarıstan məhkəməsi çıxardığı qərarda göstərmişdi ki, məhkəmə Ramil Səfərovun vaxtından əvvəl, şərti azadlığa buraxılması məsələsinə o, 30 il həbs cəzası çəkdikdən sonra baxıla bilər.
Ədliyyə Nazirliyinin cavab məktubunda Macarıstan tərəfinə məlumat verilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57.3 maddəsinin tələblərinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş şəxs məhkəmənin qərarı ilə yalnız 25 il cəza çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxıla bilər. Eyni zamanda məktubda bildirilirdi ki, Azərbaycan tərəfi qərarın dəyişdirilməsini nəzərdə tutan prosedur tətbiq etmək niyyətində deyil.
Beləliklə, gördüyünüz kimi, Azərbaycan tərəfinin cavab məktubunda Ramil Səfərovun yalnız 25 il cəza çəkdikdən sonra azadlığa buraxılacağına dair heç bir “diplomatik vəd” yoxdur. Söhbət yalnız milli qanunvericiliyin normalarının izahından gedir, həm də o normalar barədə ki, onların Azərbaycanın seçdiyi prosedur çərçivəsində tətbiqi nəzərdə tutulmur.
Eyni zamanda qeyd etmək lazımdır ki, Ramil Səfərov Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı əsasında azadlığa buraxılıb. Əfv etmək və vaxtından əvvəl şərti olaraq azadlığa buraxmaq fərqli hüquqi mexanizmlərdir və Macarıstan məhkəməsinin Ramil Səfərovun yalnız 30 il cəza çəkməyənədək vaxtından əvvəl - şərti olaraq azadlığa buraxılmasına qoyduğu qadağa onun əfv olunması imkanına heç cür şamil edilmir. Buna görə də bir daha təkrar edirəm ki, Ramil Səfərovun təhvil verilməsi və əfv olunması qüsursuz həyata keçirilib.
- Bəs əsassız olmasına rəğmən qətnamənin mətnində “diplomatik vədlərin pozulması” kimi ittihamların yer alması nə ilə əlaqədar ola bilər?
- Qətnamədə bu cür təhrif olunmuş faktların əksini tapmasının səbəblərindən biri Avropa Parlamenti deputatlarının məsələnin hüquqi və digər nüansları barədə məlumatlandırılmaması ilə bağlı ola bilər. Yaxud da faktlar müəyyən siyasi məqsədlərə nail olmaq üçün təhrif edilə bilər. Hər iki halda bu situasiya Avropa Parlamentinin nüfuzunun artmasına kömək etmir. Axı bu qurum faktiki olaraq rəsmi sənəd vasitəsilə beynəlxalq ictimaiyyəti çaşdırmış olur. Buna görə də təəssüblü deyil ki, Avropa Parlamentində bir sıra nüfuzlu siyasi qrup obyektivlikdən çox uzaq olan bu sənədi dəstəkləməkdən imtina edib.

2112