Ana Vətən Partiyasının qurultayında baş verənlərin VİDEOSU
25 oktyabr 2025 23:09 (UTC +04:00)

Ana Vətən Partiyasının qurultayında baş verənlərin VİDEOSU

0

Xəbərə Ana Vətən Partiyasının qurultayında baş verənlərin videosu əlavə edilib.

***

17:34

Elçin Ağamalı Ana Vətən Partiyasının (AVP) sədri seçilməsi barədə dezinformasiya yayır.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Günay Ağamalı bildirib.

Günay Ağamalı deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb: “Qarşı tərəf sosial media üzərindən özünün partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.

Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin deputatıdır.

***
14:44

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı oğlu il əarasında olan mübahisəyə aydınlıq gətirib.

Lent.az xəbər verir ki, bu barədə keçmiş deputat APA-ya açıqlamasında bildirib.

Fəzail Ağamalı agentliyə açıqlamasında deyib ki, oğlu Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.

***
14:12

“Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fəzail Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü. Lakin çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb. Bunu həzm edə bilməyən Fəzail Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi”.

Lent.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib.

O, atasının dolayı yolla ona mane olduğunu bildirib:

“Atam Fəzail müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da qeyd edim ki, zalın işığını söndürtdürərək insanları oradan çıxarmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər”.

Elçin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib:

“Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib-istəməməyimdən getmir, partiya üzvlərinin seçimindən gedir. Yüzdən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1723

Oxşar yazılar