“İsa Qəmbəri həbsdən yazıçılar çıxardı”
06 sentyabr 2012 14:18 (UTC +04:00)

“İsa Qəmbəri həbsdən yazıçılar çıxardı”

Lent.az-ın məlumatına görə, bunu İranda həbs olunan şairlərimiz Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması ilə bağlı keçirilən mətbuat konfransında Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib. Onun sözlərinə görə, İrandan fərqli olaraq Azərbaycanda həbs olunanlar hər hansısa bir səbəbə görə olur. Heç vaxt səbəb göstərilmədən həbs olunmaz. Belə bir hal bizdə olmayıb”.

Çingiz Abdulayev onu da bildirib ki. Yazıçılar İttifaqı hər zaman yazarları müdafiə edib: “90-cı illərdə Azərbaycanda jurnalist, yazıçılardan kim həbs olunurdusa, onun azadlığa çıxarılmasını Yazıçılar İttifaqı tələb edirdi. İndi siyasətlə məşğul olan, bir zamanlar həbsdə olmuş insanlar yalnız ona görə azadlıqdadırlar ki, onları bizim yazıçılar zamin götürüblər. Çox uzağa getməyəcəyəm. Məsələn, Müsavat Partiyasının başqanı İsa Qəmbər həbsdə olarkən yazıçı Anar və Yusif Səmədoğlunun zamin durması ilə həbsdən çıxdı. Siyahını uzada bilərəm. Etibar Məmmədov, Xəlil Rza və sair. Bu gün də azərbaycanlı yazar dünyanın hansısa ölkəsində təzyiqə məruz qalarsa, biz onu müdafiə etməyə hazırıq. Baxmayaraq ki, həmin yazarlar hansı dildə yazırlar. Fərqi yoxdur, əsas odur Azərbaycan yazıçıdır. Bəziləri deyir rus dilində yazanlar bizim deyil. Biz Nizami Gəncəvinin farsca yazdığını deyəndə, İran da söylədi ki, Nizami bizimdir. Çünki farsca yazıb. Amma təbii ki, Çingiz Abdullayev də, Nizami Gəncəvi də Azərbaycanındır”.

Çingiz Abdullayev deyib ki, bundan sonra İrana gedən yazarlar diqqətli davranmalıdır : “Biz yazarların İrana getməyinə qadağa qoya bilmərik. Amma indən sonra gedənlər bilməlidirlər ki, hara gedirlər və belə hadisələr baş verə bilər”.

Şairlərin 4 ay həbsdə qaldığı müddətə görə İrandan təzminat istəyib-istəməməklərinə gəlincə isə, Çingiz Abdullayev deyib ki, onların yenidən İrana qayıdıb, həmin ölkəni məhkəməyə vermələrinə inanmır: “Bəlkə hansısa bir Avropa ölkəsi olardısa, bu təzminatı tələb etmək olardı. Amma mən sanmıram ki, həmin şairlər bir daha İrana gedib, onlardan təzminat istəyər”.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2308

Oxşar yazılar