Macar millət vəkillərindən Azərbaycana dəstək
Macarıstan Parlamenti Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, Macarıstan Parlamentində Macar-Azərbaycan dostluq qrupunun həmsədri Marton Gyongyosi və Yobbik Partiyasının Parlamentdəki üzvü Tamas Hegedus Azərbaycanın bu ölkədəki səfirliyinə gəliblər.
Azərbaycanın Maacarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Marton Gyongyosi və Tamas Hegedus Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ilə görüşüblər
Macar millət vəkilləri Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və hadisələrin sonrakı gedişi ətrafında yaranan müzakirələr ətrafında fikir mübadiləsi aparıb, Azərbaycana dəstəklərini ifadə ediblər. Marton Gyongyosi deyib ki, ekstradisiya məsələsi ilə bağlı sentyabrın 4-də keçirilən mitinqdə iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan torpaqlarının işğalından və erməni zabiti Qurgen Markaryanın öldürülməsinin həqiqi səbəblərindən xəbərsizdir. Siyasi partiya rəhbərləri belə tədbirlərdən sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışırlar. O, indiyə qədər Macarıstanın bir sıra qəzetlərinə və elektron mediaya çoxsaylı müsahibələr verərək məsələnin həqiqi mahiyyətini aydınlaşdırmağa çalışdığını bildirib.
Söhbət zamanı iki ölkə arasında mövcud yaxınlaşmanın bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün imkan yaratmasına təsirindən də söz açılıb.

3224