İranın vitse-prezidenti Bakıda təkliflərlə çıxış etdi
Bakıda keçirilən “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransda iştirak edən İranın vitse-prezidenti, bu ölkənin Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi bir sıra təkliflərlə çıxış edib. Lent.az-ın məlumatına görə, vitse-prezident “İpək yolu” Baş Assambleyasının yaradılmasını təklif edib: “Həmin Baş Assambleyanın toplantısını İranda keçirməyi təklif edirəm” .
Musəvi onu da təklif edib ki, hər il “İpək yolu günü” qeyd edilsin və “İpək yolu” ölkələri arasında viza rejimi sadələşdirilsin. “Mən eyni zamanda, “İpək yolu” atlasının yaradılmasını da təklif edirəm” - deyə, İran rəsmisi əlavə edib.
Jalə

1173