Korrupsiyaya qarşı mübarizəyə dair daha bir qərar
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən
mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra - “Fəaliyyət Planları”) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər.
Eyni zamanda Fəaliyyət Planlarının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim etsinlər. Mərkəzi və yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Fəaliyyət Planlarının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermlidirlər.
Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarə orqanlarına tövsiyə edilir ki, Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, Fəaliyyət Planlarının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarını cəlb etsin və Fəaliyyət Planlarının icrası üzrə görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

2519