Elmar Məmmədyarov ABŞ, İsrail və Koreyanın yeni təyin edilmiş səfirlərini qəbul etdi
05 sentyabr 2012 17:50 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ, İsrail və Koreyanın yeni təyin edilmiş səfirlərini qəbul etdi

0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov bu gün İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Rafael Harpazı və Koreyanın ölkəmizə yeni təyin olunmuş səfiri Çoy Suk-İnni də qəbul edib.

Keçirilən görüşlərdə Azərbaycanla bu ölkələr arasındakı mövcud münasibətlər və münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Elmar Məmmədyarov yeni təyin olunmuş səfirlərə işlərində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 756

Oxşar yazılar