Məntiqin və ədalətin bərpası...
05 sentyabr 2012 17:19 (UTC +04:00)

Məntiqin və ədalətin bərpası...

“Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Əlizadənin azad olunması prezidentin öz vətəndaşlarına qayğısının təzahürüdür”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, Fərid və Şəhriyarın azadlığa çıxmasında dövlətin rəsmi mövqeyi ilə ictimaiyyət, o cümlədən KİV arasındakı həmrəylik də önəmli rol oynayıb: “Onların bu gün azadlıqda olması məntiqin və ədalətin bərpası deməkdir”.

E. Abdullayev bu məqsədə nail olmaq üçün böyük iş görüldüyünü və keçirilən görüşlərdə Azərbaycanın günahsız vətəndaşlarının həbsinin ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyinin qarşı tərəfə çatdırıldığını bəyan edib. O, hazırda F. Hüseyn və Ş. Əlizadənin vətənə qayıdışı üçün sənədlərin hazırlandığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497

Oxşar yazılar