Macarıstanın müvafiq strukturları səfirliyimizə gələn hədələrlə bağlı məlumatlandırılıb
0
0
Azərbaycanın Macarıstandakı səfirliyi diplomatik missiyanın ünvanına gələn hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandıraraq bütün lazımi tədbirlərin görülməsini və faktın ciddi şəkildə araşdırılmasını istəyib. Bu barədə APA-ya səfirliyin katibi Rəşad Səfərov məlumat verib. O bildirib ki, təhdidlərdən sonra səfirlik gücləndirilmiş təhlükəsizlik rejiminə keçib: “Səfirlik tam tərkibdə fəaliyyətini davam etdirir. Səfirliyin bütün əməkdaşları, o cümlədən hədə-qorxu məktubunda adları çəkilən şəxslər öz iş yerindədir”.
R. Səfərov Macarıstanın Azərbaycanla diplomatik əlaqələri dayandıracağı barədə Ermənistan mediasının informasiyasını yalan adlandırıb: “Bundan söhbət belə gedə bilməz. Macarıstan tərəfi bu haqda heç bir açıqlama verməyib”.
Xatırladaq ki, erməni terror təşkilatı ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxu dolu məktub göndərdiyi bildirilib. Məktubda səfirliyin bir sıra əməkdaşlarının adları sadalanıb və onlar ölümlə təhdid edilib.