11 illik bazadan kolleclərə qəbul olanların 90 faizi qeydiyyatdan keçib
05 sentyabr 2012 12:34 (UTC +04:00)

11 illik bazadan kolleclərə qəbul olanların 90 faizi qeydiyyatdan keçib

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. E. Nağızadənin sözlərinə görə, indiyə qədər qəbul olanların təxminən 90 faizi qeydiyyatdan keçib: “Orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı avqustun 27-dən etibarən başlayıb”.


Qeyd edək ki, orta ixtisas məktəblərinə ixtisas seçimi avqustun 7-dən 13-dək həyata keçirilib.

Bu gün həmçinin 9 illik təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı başlayır. Qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111

Oxşar yazılar