“İranın nüvə proqramı Azərbaycan üçün də təhlükədir”
04 sentyabr 2012 18:30 (UTC +04:00)

“İranın nüvə proqramı Azərbaycan üçün də təhlükədir”

0
“İranın nüvə proqramı təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə yaradır. Bu məsələ Azərbaycan hökumətini də narahat edir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Nümayəndələr Palatasının Avropa və Avrasiya məsələləri üzrə alt komitəsinin sədri Den Berton deyib. ABŞ-ın İsraillə birlikdə İrana qarşı hərbi əməliyyat keçirə biləcəyinə dair sualı cavablandıran D. Berton bildirib ki, İran dərhal nüvə proqramının icrasını dayandırmalıdır: “Mən hesab edirəm ki, İsrail öz vətəndaşlarını müdafiə etmək üçün mümkün olan hər şeyi edəcək”.


Qeyd edək ki, D. Berton Azərbaycanda səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1278

Oxşar yazılar