Niderlandda Azərbaycan Respublikasının Milli Günü qeyd olunub
Niderland Krallığının Venlo şəhərində təşkil olunmuş “Floriade 2012” Beynəlxalq Sərgisində Respublikamızın Milli Günü qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə respublikamızın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov başda olmaqla, səfirliyin bir sıra əməkdaşları, Azərbaycan Respublikası Ticarət və Sənaye palatası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” Diaspor Cəmiyyəti və bir sıra diaspor nümayəndələri iştirak ediblər.
Bundan əlavə, tədbirə sərginin təşkil olunmasında birbaşa iştirak edən bir neçə yerli hakimiyyət orqanının rəhbərləri və sərgi təşkilatçıları da qatılıblar. Tədbir öncədən hazırlanmış proqram üzrə həyata keçirilib. Tədbirin rəsmi açılışı Azərbaycan nümayəndə heyəti başçısının “Qonaqlar Kitabını” imzalamaqla və sərginin konsert səhnəsində bayraq qaldırma mərasimi ilə başlayıb. Daha sonra hər iki tərəfin nümayəndələri tədbir münasibətilə nitq söyləyərək Respublikamızın sərgidə iştirakını və sərgi müddətində əldə etdiyi nailiyyətləri alqışlayıb.
Tədbirin əsas məqsədi sərgini ziyarət edən qonaqları ölkəmizin turizm sərvətləri, dövlətimizin zəngin tarixi, milli-mədəni sərvətləri, musiqi aləmi ilə yaxından tanış etmək olub. Bu məqsədlə tədbirə Azərbaycandan dəvət olunan incəsənət ustalarının zəngin konsert proqramı ilə çıxışı tədbiri daha da zənginləşdirib. Bundan əlavə, qonaqlara ölkəmizlə bağlı müxtəlif növ suvenirlər hədiyyə edilib. Hər iki ölkə tərəfindən tədbirdə iştirak edən rəsmi nümayəndə heyəti də Milli Gün şərəfinə təşkil olunmuş konsertdə iştirak edib. Konsert proqramından sonra Niderland və Azərbaycan iş adamlarının “B2B” (Business-to-Business) işgüzar görüşü keçirilib. Görüşdə iki ölkə arasında gələcək iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirin sonunda rəsmi qonaqlara Azərbaycanın sərgidəki Milli Günü şərəfinə ziyafət verilib.

826