İran Türkiyədə azərbaycanlıların yaşadığı bölgələrdə casusluq fəaliyyətini genişləndirir
04 sentyabr 2012 12:16 (UTC +04:00)

İran Türkiyədə azərbaycanlıların yaşadığı bölgələrdə casusluq fəaliyyətini genişləndirir

İran kəşfiyyat orqanı SAVAMA-nın Türkiyənin cənub-şərq bölgələrindəki təhlükəsizlik qüvvələrinin yeri, sayı, texniki təchizatı ilə bağlı məlumat toplayır.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu, ötən ay İqdırda keçirilən əməliyyat zamanı yaxalanan Timur A. adlı Türkiyə vətəndaşının İran kəşfiyyat orqanının nümayəndəsi Yaghoub Ahnoukhosha məlumat ötürərkən çəkilən görüntülərindən məlum olub. Bu görüntü Ərzurum Vilayət Prokurorluğunun apardığı istintaqla bağlı keçirilən əməliyyat zamanı aşkarlanıb. Timur A. bir otaqda İran kəşfiyyatının nümayəndəsinə Ağrı, Qars və İqdır bölgələrində yerləşən təhlükəsizlik qüvvələrinin yeri, sayı, texniki təchizatı barədə çox vacib və strateji əhəmiyyətli məlumatlar verir. Görüntü artıq Türkiyə KİV-lərində də yayımlanıb. Timur A. daha sonra SAVAMA-nın nümayəndəsinə deyir ki, casusluq etdiyi üzə çıxarsa, Türkiyə onu edam edər. Yaghoub Ahnoukhosha isə namərd olmadıqlarını, İslam Cümhuriyyəti olduqlarını söyləyərək onu sakitləşdirməyə çalışır.
Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələrinin casusları yaxalamaq üçün keçirdiyi əməliyyat zamanı Yaghoub Ahnoukhosh sərhədi keçərək, İrana qaçmağı bacarıb. İranın Türkiyədə casusluq fəaliyyətini genişləndirdiyi bölgələrdə əsasən, azərbaycanlılar yaşayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2075

Oxşar yazılar