Elmar Məmmədyarovdan həmsədrlərə açıq mesaj
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşüb. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, görüş zamanı nazir Ramil Səfərov məsələsinə toxunaraq deyib ki, “problemin kökündə Azərbaycan torpaqların işğalı, öz doğma yurd yuvalarından didərgin düşmüş qaçqın və köçkünlər məsələsi durur”.
Məmmədyarov deyib ki, beynəlxalq təşkilatlar bütün səylərini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına yönəltməlidirlər. Nazir vurğulayıb ki, Səfərov və onun ailəsi işğal nəticəsində qaçqın düşüblər. İşğal faktoru nəinki Azərbaycan və Ermənistan eləcə də bütün regiona zərər vurur. Onun sözlərinə görə, “işğal faktoru regionun gələcəyinə kölgə salır və bununla bağlı beynəlxalq təşkilatlar susmamalıdır”.
Nazir bildirib: “Ramil Səfərov məsələsinə Azərbaycanın işğal olunmuş əraziləri məsələsi ilə birgə baxılmalıdır”.

1232