Həmsədrlər Ramil Səfərovun əfv edilməsindən narahat olublar
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri Parisdə sentyabrın 2-də Ermənistanın xarici işlər naziri, sentyabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.
APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, nazirlərlə görüşdə regionda baş verən son hadisələr və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bundan sonrakı səylər müzakirə olunub.
Bəyanatda deyilir ki, görüşlərdə, həmçinin Macarıstanın Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi də müzakirə olunub.
“Həmsədrlər Ramil Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında qarşılıqlı etimada zərbə vura biləcəyindən, eyni zamanda cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini ifadə ediblər”, - deyə bəyanatda vurğulanır.
Bəyanatda o qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur: “Həmsədrlər qərara gəliblər ki, gərginliyin azaldılması və sülh prosesinin irəliləməsi üçün tərəflərlə əlaqələri davam etdirsinlər”.

1650