Müsavat Divanı toplandı
Partiyanın Mətbuat və İnformasiya Müavinliyindən Lent.az-a verilən məlumata görə, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Fanta Orrla görüş və müzakirə edilən məsələlər barədə məlumat verib.
Divanın toplantısında avtomobil qəzası nəticəsində dünyasını dəyişən Müsavat Partiyasının Məclis üzvü, departament rəhbəri A.Acalovun vəfatı ilə bağlı partiya qərargahında keçirilən anım mərasimi haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının ofisi ilə bağlı keçirilən məhkəmə prosesi də müzakirə olunub. Divan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısında yerləşən büstünün təmir adı altında götürülməsinə də etirazını bildirib.
Ölkədəki ictimai-siyasi vəziyyətin durumuna dair müzakirələr zamanı məcburi köçkünlərin sosial durumu ilə bağlı daha bir problemin ortaya çıxdığı bildirilib. Qeyd edilib ki, məcburi köçkünlər üçün nəzərdə tutulan yardım ailə başçılarından birinin pasport qeydiyyatından çıxması ilə əlaqədar dayandırılır. Divan bu yanlışlığın aradan qaldırılmasını zəruri sayıb.

1169