Azərbaycan prezidentinin saytına təşəkkür məktubları gəlir
Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Prezident İlham Əliyev tərəfindən dərhal əfv olunması ilə bağlı vətəndaşlar Prezidentin rəsmi saytına təşəkkür məktubları göndərirlər.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təşəkkür məktublarında qeyd edilir ki, Ramil Səfərovun azad edilməsi erməni diasporunun haqsız fəaliyyətinin heç bir nəticə vermədiyini bir daha sübut edib.
“Ramil Səfərov erməni təcavüzünün qurbanıdır, cəzalandırılan Ramil deyil, əlləri Malıbəylidə, Qaradağda, Xocalıda günahsız azərbaycanlı uşaqların, qadınların, qocaların qanına batmış erməni təcavüzkarlarıdır”.
Məktublarda vurğulanır ki, Ramil Səfərovun məhkəmə prosesində ədalətli məhkəmə prinsipi pozulub, ekstradisiya isə beynəlxalq qanunvericiliyə və öhdəliklərə uyğun olaraq həyata keçirilib.
Vətəndaşlar bildirirlər ki, Ramil Səfərovun əfv edilməsi Azərbaycan Respublikası Prezidentinin xüsusi səlahiyyətinə aid bir məsələdir və Prezident İlham Əliyevin humanist siyasəti, vətəndaşların qayğısına qalması, onların mənafeyini qoruması Ramil Səfərovun taleyinə onu biganə qoya bilməzdi.
Təşəkkür məktublarının müəllifləri bu qərarı Azərbaycan dövlətini qələbəyə aparan yolda atılan mühüm bir addım kimi qiymətləndiriblər.

2400