“İRƏLİ”nin sədri Obamaya məktub yazdı
“Niyə ABŞ və Qərb ölkələrinin vaxtilə həbs edilmiş erməni terrorçularını məhbəsdən azad edərək cəzasız qoyduğunu unudursunuz?...”
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Azərbaycana ekstradisiya olunan Milli Ordumuzun zabiti Ramil Səfərovla bağlı ABŞ prezidenti Barak Obamaya məktub yazıb.
Lent.az-ın verdiyi məlumata görə, məktubda qeyd edilir ki, Ramil Səfərovun ölkəmizə təhvil verilməsi zamanı ABŞ dövlətinin verdiyi qərəzli reaksiya hər bir azərbaycanlıda dərin təəssüf və qəzəb hissi doğurub.
Ramil Səfərov cəzasının 8 ilini Macarıstanda çəkdikdən sonra beynəlxalq hüquqa, Strasburq konvensiyasına, BMT-nin normalarına, Avropa Şurasının və Avropa Birliyinin hüquqi çərçivələrinə uyğun şəkildə vətəndaşı olduğu Azərbaycana ekstradisiya olunub: “Ramil Səfərov Budapeştdə, NATO–nun tərəfdaşlıq proqramı çərçivəsində təlimdə olarkən erməni zabiti Q.Markaryanın davamlı təhdid və təhqirləri ilə üzləşib, zabitimizin gözləri qarşısında Azərbaycanın dövlət bayrağı təhqir edilib Zabitimizin özünün də məhkəmə prosesində qeyd etdiyi kimi onun bir çox yaxın qohumlarının Qarabağda erməni separatçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi yekunda Ramil Səfərovun Q.Markaryanın təhqirlərinə bu cür aqressiv reaksiya verməsi üçün münbit psixoloji zəmin hazırlayıb. ABŞ və digər Qərb ölkələrinin vaxtilə həbs edilmiş erməni terrorçularını məhbəsdən azad edərək cəzasız qoyduğunu unudursunuz? 1984-cü ildə ABŞ-da türk konsullarını öldürdüyünə görə həbs edilərək, ömürlük cəzaya məhkum edilmiş Q.Yanukyan adlı erməni terrorçusu əfv olunaraq azadlığa buraxılıb. 2001–ci ilin aprelində Fransa məhkəməsi Orli hava limanında törətdiyi və 8 nəfərin, o cümlədən 4 fransızın həyatına son qoyan terror aktının təşkilatçısı V.Karapetyanı əfv edıb. Həmin vaxt Ermənistan prezidenti Robert Köçəryan Karapetyanı mükafatlandırmağı da unutmayıb. ABŞ rəsmiləri ABŞ dövlət maraqlarını seçki eyforiyasına qurban verməməlidir”.

1583