Ermənilər hücum etdiklərini təsdiqlədilər
03 sentyabr 2012 15:52 (UTC +04:00)

Ermənilər hücum etdiklərini təsdiqlədilər

APA-nın Ermənistanın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, “Armenian Cyber Army” haker qrupu Azərbaycanın APA, “Vesti.az”, “Day.az”, “Trend”, “1news” və digər xəbər saytlarına hücum etdikdən sonra dövlət orqanlarının saytlarına da hücuma başlayıb.

Hakerlər Azərbaycan Ədliyyə Nazirliyinin Normativ-hüquqi aktların vahid internet elektron bazasının (e-qanun.az) saytını dağıdıblar.

Azərbaycan hakerləri isə Ermənistan prezidentinin saytını dağıdıblar. “Azerbaijan Defacers” adlı haker qrupu “www.president.am”la yanaşı, “www.armenpress.am” və “www.armtoday.info” saytlarına da hücum edərək saytları dağıdıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156

Oxşar yazılar