Azərbaycanın İordaniyadakı yeni səfiri fəaliyyətə başlayır
Azərbaycanın İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş səfiri Sabir Ağabəyov bu ölkənin xarici işlər nazirinin müavini (baş katib) Məhəmməd Əl-Daherə etimadnaməsinin surətini təqdim edib.
Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla İordaniya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfir S. Ağabəyov Azərbaycanla İordaniya arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi çərçivəsində İordaniya XİN-in baş katibinin yaxın vaxtlarda ölkəmizə səfərinin məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Görüşdə səfirliyin müşaviri H. Rəhimli, İordaniya XİN-in Protokol İdarəsinin rəisi Ə. Əl-Muflih və Asiya Ölkələri İdarəsinin rəisi H. Cavarneh də iştirak ediblər.

1563