Prezident Avropa İttifaqının komissarını qəbul edib
02 sentyabr 2012 13:21 (UTC +04:00)

Prezident Avropa İttifaqının komissarını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini xatırladan dövlət başçısı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişafından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, “Cənub” dəhlizi və ölkəmizlə Avropa İttifaqı arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962

Oxşar yazılar