Xarici dilli saytlarımıza haker hücumu var
Azərbaycanın xarici dilli saytları haker hücumuna məruz qalıb.
Lent.az-ın xəbərinə görə, www.apa.az, www.vesti.az, www.day.az, www.1news.az saytlarına aramsız hücumlar gəldiyi üçün saytlara daxil olmaqda problem yaranıb.
“APA Group”un informasiya texnologiyaları departamentinin direktoru Arif Şəmistanlının bildirdiyinə görə, bu, “ddos” hücumun bir növü olan SYN hücumdur: “ Bu hücum nəticəsində serverin normal trafiki süni çoxaldılır, yaddaş ən qısa zamanda dolur və server digər istəklərə cavab verməyəcək həddə gəlir. Hazırda bizim nəzarətimizdə olan apa.az və vesti. az. saytlarının serverlərinə gələn ip-lər “spofing”dir. Yəni bu ip-lər serverə generasiya edilib göndərildiyi üçün onların gəldiyi ünvanı müəyyənləşdirmək mümkün deyil. Sadəcə, bu hücumun Ramil Səfərovla bağlı hadisələrdən sonra və yalnız ölkənin xaricdə ən çox oxunub, istinad edilən saytlarına edilməsi bunun ermənilər tərəfindən təşkil edildiyi barədə gümanlar yaradır”.
2073