Qoşulmama Hərəkatından Azərbaycana Qarabağ dəstəyi
Tehrandakı Zirvə Toplantısında qəbul edilən sənəddə tərəflər münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırılıblar
Tehranda 30-31 avqust tarixlərində keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Toplantısının sonunda Yekun Sənəd qəbul olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sənədin 391-ci maddəsi Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilib. Bu maddədə qeyd olunur ki, dövlət və ya hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə etdilər: “Onlar BMT nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqlədi və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırdılar”.

2307