İran müvəqqəti viza rejimini aradan qaldırdı
İran Azərbaycan vətəndaşları üçün tətbiq etdiyi müvəqqəti viza rejimini bu gündən dayandırıb. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Bu gün səhər isə Naxçıvan Muxtar Respublikasının Culfa sərhəd-keçid məntəqəsində Naxçıvandan Bakıya gəlmək istəyən avtobusların sıxlığı yaranıb. Sərhəddə gözləyən vətəndaşların APA-ya verdikləri məlumata görə, bu gün səhər saatlarından
keçid məntəqəsindən keçmək istəyən 5 avtobus İran ərazisinə buraxılmayıb.
İran gömrükçüləri Tehrandan təlimat gözlədikləri bildiriblər.
Məlumata görə, Bakıya gəlmək üçün dünən İranın Naxçıvandakı konsulluğuna viza almaq üçün müraciət edən şəxslərə sentyabrın 1-dən viza rejiminin aradan qalxacağı və viza almağa ehtiyac olmadığı bildirilib.
Saat 11 radələrində isə İran tərəfi Azərbaycan vətəndaşlarını sərhəddən buraxmağa başlayıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatının avqustun 26-31-da İranda keçirilən 16-cı sammiti ilə əlaqədar İran Azərbaycan vətəndaşları üçün viza rejimini avqustun 5-dən 31-dək müvəqqəti bərpa edib.
İran Xarici İşlər Nazirliyi bununla bağlı Azərbaycan XİN-nə nota göndərib. Notaya əsasən, qeyd olunan zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarının İrana səfər etməsi üçün viza rejimi tətbiq olunacağı, bu tarixdən sonra əvvəlki rejimin bərpa ediləcəyi bildirilib.
Naxçıvandan Bakıya gələnlər İranın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən konsulluqlarına, Naxçıvana gedənlər isə İranın Bakıdakı səfirliyinin konsulluq şöbəsinə müraciət edərək viza alıblar.

1533