Sarkisyan panikada: Macarıstanla diplomatik əlaqələr dayandırıldı
31 avqust 2012 22:22 (UTC +04:00)

Sarkisyan panikada: Macarıstanla diplomatik əlaqələr dayandırıldı

Ermənistan Macarıstan ilə diplomatik əlaqələri dayandırır. APA-nın «Novosti-Armeniya»ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sərkiysan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə təcili müşavirədə bəyan edib.

«Mən rəsmi surətdə bəyan edirəm ki, bu gün biz Macarıstan ilə diplomatik münasibətləri və bütün rəsmi əlaqələri dayandırırıq», deyə Sərkisyan bəyan edib.

Ermənistanla Macarıstanın əlaqələri Budapeştin Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək barədə qərarından sonra gərginləşib.

«Macarıstan hakimiyyəti başa düşməlidir ki, kobud səhvə yol verib. Onlar faktiki olaraq Azərbaycan hakimiyyəti ilə sövdələşməyə gediblər», deyə Serj Sərkisyan Milli Təhlükəsizlik şurasının iclasında bildirib.

Bu arada Ermənistan parlamentinin spikeri Ovik Abramyan Macarıstana edəcəyi rəsmi səfəri qeyri-müəyyən müddətə təxirə salıb. Bu barədə APA Armenia Today-ə istinadən məlumat verir.

Səfər Macarıstan parlamenti sədrinin dəvəti ilə sentyabrın sonlarında həyata keçirilməli idi. Ermənistan parlamenti mətbuat xidmətinin məlumatına görə, Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək barədə qərarı ilə bağlı Ovik Abramyanın bu ölkəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5566

Oxşar yazılar