Ramil Səfərovun azad olunması yüksək qiymətləndirildi - RƏY
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın saytına açıqlamasında prezident İlham Əliyevin Ramil Səfərovun əfv edilməsi haqqında sərəncamını qətiyyətin, cəsarətin və ədalətin təntənəsi adlandırıb: «Hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikirdədir”. YAP-ın sədr müavini qeyd edib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaq. Çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində oxşarlıq var: “Həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi azadlıqdan mərhum olub. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də prezident İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də, inanıram elə bu cür aradan qaldırılacaq. Əlbəttə, Ramil Səfərovun azadlığa buraxılması dövlətimizin sülhsevər siyasətinin, beynəlxalq aləmdə hörmət və nüfuzunun yüksəlməsinin aydın ifadə olunan nəticəsidir. Azərbaycan xalqı və dövləti bütün dünyada sülhsevərliyi ilə tanınır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmətlə yanaşır. Dünya tarixində Azərbaycanın kimə, hansı bir dövlətə qarşı təcavüzü, haqsızlığı, başqalarının torpaqlarına göz dikməsi faktı qeydə alınmayıb. Azərbaycanın haqqı var ki, digərlərindən də eyni münasibəti gözləsin və sevindirici haldır ki, Macarıstan tərəfi bütün bunları qiymətləndirə bildi”.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov APA-ya açıqlamasında Ramil Səfərovun azad olunması üçün prezident İlham Əliyev tərəfindən verilən sərəncamın bütün Azərbaycan xalqını sevindirdiyini deyib: “Bütün ailə üzvlərini təbrik edirəm. Hesab edirəm ki, Ramil Azərbaycan ordusuna qayıtmalıdır. Onun azadlığa buraxılması bizi çox sevindirir”.
ADP sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, bu, ədalətin bərpası kimi dəyərləndirilməlidir.
AXCP sədri Əli Kərimli də APA-ya açıqlamasında Ramil Səfərovun azadlığa buraxılmasına sevindiyini bildirib: “Mən çox şad oldum. Başqa cür də ola bilməzdi. Xüsusən də erməni işğalçılarının hər yerdə törətdikləri minlərlə cinayətin müqabilində Ramil Səfərovun da azadlığa çıxmağa və Azərbaycan xalqının bunu gözləməyə haqqı var idi. Bu, müsbət hadisədir. Bütün millətimiz buna görə sevinir”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan hadisəyə münasibətinin müsbət olduğun söyləyib: “Ramil Səfərov özünü təmkinli apardı. Əsl Azərbaycan zabiti olduğunu sübut elədi. Azərbaycan zabiti kimi rütbəsi bərpa edilməli, hətta yüksək vəzifəyə gətirilməlidir” .
Müsavat Partiyasının başqanın müavini Tofiq Yaqublu da APA-ya açıqlamasında Ramil Səfərovun azadlığa çıxmasını müsbət qiymətləndirdiyini deyib: “Baxmayaraq ki, onun törətdiyi əmələ münasibətim birmənalı deyil. Hər halda bu sevindiricidir”.
AMİP-in mətbuat və informasiya xidmətinin yaydığı məlumatda partiya Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib: “Bu yolda fəaliyyət göstərmiş təşkilatların, şəxslərin, dövlət qurumlarının əməyini yüksək qiymətləndirir, bir daha Ramil Səfərovun ailəsinə gözaydınlığı veririk”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə APA-ya açıqlamasında Ramil Səfərovun azadlığa buraxılmasını kifayət qədər cəsarətli və ədalətli addım kimi qiymətləndirib: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı Ramil Səfərovun çoxsaylı ailə üzvləri və yaxınları - dinc insanlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriliblər. Baş verən bu hadisələrdən Ramil Səfərov və onun sağ qalmış ailə üzvləri ciddi mənəvi sarsıntı keçiriblər. Bu baxımdan Ramil Səfərovun onu və Azərbaycan bayrağını təhqir edən Ermənistan zabitini qətlə yetirməsinin səbəbi aydın və anlaşılandır. Şübhəsiz ki, Ramil Səfərov bu əməli güclü ruhi sarsıntı vəziyyətində törətmişdi və belə hallarda ən çox 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Ramil Səfərov isə bu hadisəyə görə 3 qat artıq cəza çəkib və onun azadlığa buraxılması həm hüquqi, həm də mənəvi baxımdan tamamilə ədalətli qərardır". Q. Həsənquliyev Ramil Səfərovun əfv olunması ilə bağlı Azərbaycan prezidentinin sərəncamını alqışladığını bəyan edib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə APA-ya açıqlamasında bunun hamı üçün gözlənilməz hadisə olduğunu deyib: “Hesab edirəm ki, Ramil Səfərov elə Qarabağ deməkdir. Ramil Səfərovun azad edilməsi Qarabağın azad olunmasının başlanğıcı deməkdir. Onun Azərbaycan xalqı qarşısında xidməti çox böyükdür. Həmişə inanmışıq ki, torpaqlarımız işğaldan azad ediləcək. Bu gün Ramil Səfərovun azad edilməsi məndə inamı daha da artırdı ki, torpaqlarımızı da azad edəcəyik”.
Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurasının rəhbəri Umud Rəhimoğlu isə tezliklə Qarabağın da işğaldan azad ediləcəyinə inandığını bildirib: “Ramil Səfərovun azda olunacağı günü bütün xalqımız gözləyirdi, Qarabağın işğaldan azad olunacağı günü gözləyən kimi gözləyirdi. Millətimizin gözü aydın olsun! Biz əvvəlcədən də bilirdik ki, prezident İlham Əliyev Ramil Səfərovun azad olunması üçün bütün mümkün tədbirlər görmək üçün lazımı orqanlara tapşırıq və tövsiyələrini verir”.

4737