Prezidenti İlham Əliyev “TeliaSonera” şirkətinin prezidentini qəbul edib
30 avqust 2012 19:03 (UTC +04:00)

Prezidenti İlham Əliyev “TeliaSonera” şirkətinin prezidentini qəbul edib

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik inkişafını yüksək qiymətləndirib. O, “Azərcell” şirkətinə ölkəmizdə 3G və 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü bildirib.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən “Transavrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə “TeliaSonera” şirkətinin verdiyi dəstəyin önəmi qeyd olunub, Azərbaycan Hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510

Oxşar yazılar