Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri Xəzərlə bağlı müzakirə aparıb
30 avqust 2012 18:15 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri Xəzərlə bağlı müzakirə aparıb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Qazaxıstan xarici işlər naziri Yerjan Kazıxanov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib.
Görüşdə türkdilli ölkələrin Zirvə görüşünün uğurlu keçdiyi qeyd olunub. Tərəflər Xəzər dənizinə aid məsələlər ətrafında da fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar