Dövlət Komitəsi icra hakimiyyətinin səhv qərarlarını ləğv edəcək komissiya yaratdı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakından, o cümlədən dövlət torpaqlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə nəzarətin daha da gücləndirilməsi məqsədlə xüsusi komissiya yaradılıb.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, indiyədək aparılan monitorinqlər nəticəsində dövlət əmlakından qeyri-səmərəli istifadə halları aşkara çıxarılıb.
Qanunvericiliyə görə, dövlət müəssisələrinin öz balanslarındakı daşınmaz əmlakı birbaşa istifadəyə və ya icarəyə vermək səlahiyyəti yoxdur, bu səlahiyyət Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətindədir. Amma bəzi hallarda dövlət qurumları qanunun bu tələbini pozaraq balanslarında olan əmlakı digər şəxslərə icarəyə və istifadəyə verirlər. Bəzən Komitə tərəfindən icarəyə verilmiş əmlakın istifadəsindən icarəçinin imtina etməsi nəticəsində müqaviləyə xitam verilir, lakin həmin əmlakda qeyri-qanuni olaraq başqa təşkilatın yerləşməsinə balans saxlayıcı tərəfindən şərait yaradılır.
Komissiya dövlətə məxsus torpaq sahələrindən istifadənin vəziyyətini də araşdırır. Monitorinqlər bu sahədə də pozuntuların olduğunu aşkar edib. Məsələn, məlum olub ki, dövlət müəssisəsinə məxsus torpaq sahəsində yerləşən yardımçı tikililər olan torpaq sahəsi bəzi hallarda müvafiq icra hakimiyyətinin qərarları ilə sahibkarlıq məqsədilə hüquqi və fiziki şəxslərə verilib. Belə halların qarşısını almaq üçün qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür. Həmin torpaqlarda qeyri-qanuni tikintilərin qarşısının alınması üçün də tədbirlər görülür. Monitorinqlər ilk növbədə Bakı şəhərində aparılır. Sonrakı mərhələdə isə respublikanın digər şəhər və rayonları da əhatə ediləcək. Araşdırmalar başa çatandan sonra aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanacaq. Dövlət qurumlarına müraciət edilərək pozuntuların onların nəzərinə çatdırılması nəzərdə tutulur.
Dövlət əmlakından istifadə vəziyyətinin səmərəliliyini araşdırmaq məqsədilə yaradılan xüsusi komissiya əhalinin istifadəsində olan dövlət əmlaklarından, məsələn, yaşayış binalarının 1-ci mərtəbələrindəki dövlətə məxsus qeyri-yaşayış sahələri, zirzəmi və yarımzirzəmilərdən istifadə vəziyyətini də araşdıracaq. Qanunvericiliyə əsasən çoxmərtəbəli yaşayış binalarının (sovet dövründə inşa edilən) I mərtəbələri, zirzəmiləri və yarımzirzəmiləri əksər hallarda dövlət əmlakı kimi nəzərdə tutulub. Belə sahələr bəzi hallarda xidmət müqaviləsi adı ilə icarəyə və istifadəyə verilib. Bu hallar aşkar olunsa həmin sahələr dövlətsizləşdiriləcək ki, bu da özəlləşdirmənin sürətləndirilməsinə səbəb olacaq. Bundan başqa, yaşayış binalarındakı zirzəmilərin bir hissəsi qeyri-qanuni olaraq uzun müddətdir ki, burada yaşayan sakinlər tərəfindən istifadə olunur.
Araşdırmalar zamanı belə halların aşkar edilməsi və qarşısının alınması, yəni zirzəmilərdən istifadənin qanuni müstəviyə gətirilməsi nəzərdə tutulur. Yəni zirzəmilərdən istifadə qanuni icarə əsasında mümkün olacaq. Belə obyektlərin özəlləşdirilməsi zamanı isə üstün hüquq həmin əmlakın icarəçilərinə və istifadəçilərinə veriləcək.

2330